Bakı, Azərbaycan, 14 aprel 2021 - Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidi çərçivəsində dəniz külək enerjisi sektorunu inkişaf etdirmək məqsədilə bu gün Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Məqsəd, elektrik enerjisi istehsalı üçün mədən yanacaqlarından asılılığın azaldılması və özəl sektorun enerji sektorundakı iştirakının asanlaşdırılması istiqamətində ölkəyə dəstək verməkdir.